mobil versiya

Daha 5 tibb müəssisəsində onlayn növbə sisteminin tətbiqi üçün hazırlıq gedir



Tibb müəssisələrində pasiyentlər arasında sıxlığı minimuma endirmək üçün canlı və onlayn növbə sistemləri təşkil olunub.


Bunu “Səhiyyə İdarəçiləri Zirvəsi 2024”ün “Səhiyyədə yeni imkanlar” adlı II panelində TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.
O bildirib ki, pilot layihə olaraq onlayn növbə sistemi Yeni Klinikada tətbiq olunur.
"Daha 5 tibb müəssisəsində isə hazırlıq prosesi davam edir. 2024-cü il ərzində vətəndaşlar 1 milyondan çox canlı növbə, 80 minə yaxın isə onlayn növbə xidmətindən istifadə edib.
Cənubi Qafqazda ilk dəfə olaraq TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinika üçün beynəlxalq nüfuza malik HIMSS təşkilatının EMRAM 6 akkreditasiya sertifikatının əldə olunması da Azərbaycan səhiyyəsinin uğurlarındandır.
Xəstəxana İdarəetmə Sisteminin təkmilləşdirilməsi üzərində də işlər aparılır: sözügedən sistemin təkmilləşdirilməsi və tətbiq dairəsinin genişləndirilməsi istiqamətində önəmli addımlar atılır və bu proses gələcəkdə də davam etdiriləcək", - deyə o əlavə edib.


SAĞLAMLIQ / KARUSEL
Tarix: Bu gün, 11:47