mobil versiya

Azərbaycanın strateji valyuta ehtiyatları 90 milyard dollardan çoxdur




Prezident İlham Əliyev Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı qeyd etdiyi vacib istiqamətlərdən biri də valyuta ehtiyatlarımızın xarici borcumuzu 20 dəfə üstələməsi ilə bağlı idi. 2026-cı il valyuta ehtiyatlarımızın artması baxımından vacib illərdən biridir. 2025-ci ilin sonunda Azərbaycanın strateji valyuta ehtiyatları 85,1 milyard dollar idisə bu ilin bu göstərici artıq 90 milyard dollardan çoxdur.
 
Azərbaycan strateji valyuta ehtiyatları ümumi daxili məhsuldan (ÜDM) çox olan azsaylı dövlətlərdən biridir. Belə ki, Azərbaycanın valyuta ehtiyatları illik ÜDM-i 12 faiz üstələyir. Bu göstəriciyə görə Azərbaycanda dünyada ən yaxşı onluğa daxildir. Bu eyni zamanda ölkə iqtisadiyyatında möhkəm təhlükəsizlik yastığının formalaşmasından xəbər verir.
 
Hazırda Dövlət Neft Fondunun 73 milyard dollar aktivləri var. 2025-ci ilin sonunda 11,5 milyard dollar olan Mərkəzi Bankın ehtiyatları isə 2026-cı ildə 15,3 milyard dollaradək yüksəlib. 2026-cı ilin geridə qalan aylarında nəzərdə tutulan fiskal öhdəliklərin yerinə yetirilməsi ilə yanaşı, valyuta ehtiyatlarındakı artım sistemli iqtisadi siyasətin nəticəsi kimi qiymətləndirilməlidir.
 
Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət dayanıqlı iqtisadi inkişaf hədəflərini nəzərə alınmaqla daha strateji müddətdə iqtisadi təhlükəsizliyin davamlı qorunmasına imkan yaradır.

Vüqar Bayramov 
Milli Məclisin deputatı 


Reportyor.az 





KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 13:30