Sinqapurun ən qədim oteli dünyanın ən yaxşı 50 oteli siyahısına daxil edilib

139 illik tarixə malik "Raffles Hotel", otelçilərin və dəbdəbəli səyahətlər üzrə təcrübəli səyyahların rəyləri əsasında tərtib edilən "The 50 Best Hotels" (Ən yaxşı 50 otel) siyahısının 2026-cı il buraxılışında 17-ci yeri tutaraq, ilk 50-liyə düşən yeganə Sinqapur oteli olub.
1887-ci il dekabrın 1-də açılan və 115 otağı olan bu otel, Sinqapurda fəaliyyətini davam etdirən ən qədim otel hesab olunur.
1987-ci ildə milli abidə elan edilən otel keçmişdə bir çox dünya şöhrətli siyasi liderə ev sahibliyi edib.
Əvvəllər "The World's 50 Best Hotels" adı ilə tanınan "The 50 Best Hotels" siyahısı, "The 50" brendi altında restoranlar, barlar və üzüm bağları ilə bağlı siyahılar da hazırlayan Britaniyanın "William Reed" media şirkəti tərəfindən tərtib edilir.
Reytinq siyahısı səyahət jurnalistləri, otelçilər və dəbdəbəli səyahətlər üzrə təcrübəli səyyahlar da daxil olmaqla, "The 50 Best Hotels Academy"nin 800-dən çox anonim üzvünün səsləri əsasında müəyyən edilir.
2026-cı il siyahısına "Rosewood Hong Kong" başçılıq edib; Taylandın "Capella Bangkok" və "Four Seasons Bangkok at Chao Phraya River" otelləri isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Reportyor.az
MARAQLI / KARUSEL
Tarix: Bu gün, 10:05


























