Ermənistanın Konstitusiya Məhkəməsi TRIPP üzrə sazişi təsdiqləyib

Ermənistan Konstitusiya Məhkəməsi TRIPP üzrə sazişi Əsas Qanuna uyğun hesab edib.
Ermənistan KİV-nin məlumatına görə, bu haqda Konstitusiya Məhkəməsinin xarici əlaqələr şöbəsindən bildirilib.
Qərarın tam mətni üç gün ərzində dərc olunacaq, bundan sonra ratifikasiya üçün parlamentə göndəriləcək.
Xatırladaq ki, sentyabrın 15-də Konstitusiya Məhkəməsi yazılı icraat qaydasında TRIPP üzrə sazişə baxmağa başlayıb. Konstitusiya Məhkəməsi sənədə əsasən Ermənistanın üzərinə götürdüyü öhdəliklərin Konstitusiyaya uyğun olub-olmadığını müəyyən etməli idi. (Trend)
Reportyor.az
MANŞET / KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 14:39


























