mobil versiya

Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla delimitasiya üzrə komissiyanın reqlamentini nəzərdən keçirəcək




Sentyabrın 24-də Ermənistanın Konstitusiya Məhkəməsi Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə hökumətlərarası birgə komissiyanın fəaliyyət reqlamentini nəzərdən keçirəcək.

Ermənistan mediasının xəbərinə görə, bu barədə sözügedən qurumun mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, məhkəmə kollegiyası tərəflər arasında avqustun 30-da imzalanan sənədin konstitusiyaya uyğunluğunu yoxlayacaq.
Məhkəmə kollegiyası rəy verdikdən sonra sənəd Ermənistan hökumətinin müzakirəsinə təqdim olunacaq.(apa)

KARUSEL / DÜNYA
Tarix: 10-09-2024, 16:05