mobil versiya

“Azərbaycanla imzalanan protokol böyük uğurdur” –Paşinyan



Baş nazir Nikol Paşinyan ötən gün Tavuşda Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə protokolun imzalanmasını böyük uğur adlandırıb.
“Sputnik-Armenia” xəbər verir ki, hökumətin iclasında Paşinyan qeyd edib ki, bu, Ermənistanın suverenliyi və təhlükəsizliyinin daha da möhkəmləndirilməsi üçün təməl daşı olub.
Baş nazir bildirib ki, müstəqillik tarixində ilk dəfə olaraq Ermənistan rəsmi olaraq delimitasiya edilmiş sərhədə malikdir.
O, bu prosesə görə Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanın rəhbərlik etdiyi hökumət komissiyasına və digər səlahiyyətli strukturlara təşəkkür edib.
Qeyd edək ki, 2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşü keçirilib.(report)


KARUSEL / GÜNDƏM
Tarix: 16-05-2024, 12:33