Qaçırıldığı ehtimal edilən Təl-Əvivə uçan "Flydubai" təyyarəsi Səudiyyə Ərəbistanına eniş edib

Dubay–Təl-Əviv marşrutu üzrə uçuş həyata keçirən “Flydubai” aviaşirkətinin sərnişin təyyarəsi uçuş zamanı hava gəmisinin ələ keçirildiyi barədə siqnal göndərdikdən sonra Səudiyyə Ərəbistanına enib.
İsrailin TPS-IL mətbuat xidməti xəbər verir ki, təhlükəsizlik rəsmiləri hadisə ilə bağlı daha aydın məlumat verəcək.
Xatırladaq ki, təyyarənin göyərtəsində 27-si uşaq olmaqla, 174 sərnişin olub. Təyyarə əvvəlcə 7700, daha sonra isə mümkün qaçırılmanı bildirən 7500 təcili kodunu ötürüb. Daha sonra təyyarə geri dönərək Səudiyyə Ərəbistanının hava məkanına qayıdıb.
Reportyor.az
KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 11:14


























