Lufthansa Tel-Əviv uçuşlarının dayandırılmasını noyabrın 25-dək uzadıb
Alman aviaşirkəti Lufthansa İsrailin Qəzza və Livanda müharibə apardığı üçün Tel-Əvivə uçuşların dayandırılmasını noyabrın 25-dək uzadacağını bildirib.
Reportyor.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Bildirilir ki, Lufthansa Group hava yolları Avstriya Hava Yolları, Brussels Airlines, Lufthansa və SWISS, Tel-Əvivə uçuşlarının dayandırılmasını 25 Noyabr 2024-cü il tarixinə qədər uzatmaq qərarına gəlib.
O, həmçinin Eurowings-in Tel-Əvivə uçuşlarının noyabrın 30-dək dayandırıldığını təsdiqləyib.
KARUSEL / DÜNYA
Tarix: 28-10-2024, 15:09