Lufthansa Beyrut və Təl-Əviv uçuşlarının dayandırılmasını uzadıb
Almaniyanın Lufthansa aviaşirkəti Yaxın Şərqdəki mövcud vəziyyətə istinad edərək, Beyrut və Təl-Əvivə uçuşları dayandırdığını bildirib.
Reportyor.az xəbər verir ki, bu barədə şirkət bəyanat verib.
Bəyanatında deyilir ki, indi Beyruta uçuşlar noyabrın 30-u daxil olmaqla, Təl-Əvivə uçuşlar isə oktyabrın 31-dək dayandırılacaq. Tehrana uçuşlar oktyabrın 14-dək təxirə salınıb: “Sərnişinlərimizə yaranan narahatlığa görə təəssüflənirik”.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 1-10-2024, 12:05