mobil versiya

Etirazçılar Təl-Əviv yaxınlığındakı Ayalon yolunu bağlayıb



İsrail hakimiyyətinin Qəzza sektorunda saxlanılan girovların azad edilməsi üçün müqavilə imzalamasını tələb edən etirazçılar ölkənin əsas avtomobil magistralını – paytaxt Təl-Əviv yaxınlığındakı Ayalon yolunu bağlayıblar.
“The Times of Israel” qəzeti xəbər verir ki, etirazçılar HƏMAS hərəkatının əlindəki 130 girovun dərhal azad olunmasını tələb edirlər.
Son aylarda Qəzza sektorunda saxlanılan girovların yaxınları və Təl-Əvivin siyasətinə qarşı çıxan vətəndaşlar dəfələrlə etiraz aksiyaları keçirərək İsrailin müxtəlif bölgələrində yolları bağlayıblar.

KARUSEL / DÜNYA
Tarix: 14-03-2024, 13:16