mobil versiya

Dövlət sərhədini pozmağa cəhd göstərən 4 Əfqanıstan vətəndaşı saxlanılıb




Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilən əməliyyat-qoşun tədbirləri nəticəsində 4 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi bu barədə məlumat verib. 

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Reportyor.az 

KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 14:21