mobil versiya

Demokratlar ABŞ Senatında üstünlüyü ələ keçirib, Konqres üzərində tam nəzarəti qazanıb





ABŞ telekanallarının proqnozlarına görə, aralıq seçkilərdə Prezident Donald Trampın Respublikaçılar partiyasını darmadağın edən Demokratlar Konqresin hər iki palatası üzərində nəzarəti ələ keçiriblər.

Daha əvvəl Nümayəndələr Palatasında üstünlüyü təmin edən Demokratlar, ən azı altı ştatda – o cümlədən Respublikaçıların ənənəvi qalaları sayılan Texas, Kanzas və Cənubi Karolinada – Senat yerlərini qazanıblar.

Seçkilərin nəticəsi Donald Trampın Ağ Evdəki səlahiyyət müddətinin son iki ilinin qarşıdurmalarla keçəcəyindən xəbər verir.


Reportyor.az 


KARUSEL / DÜNYA
Tarix: Bu gün, 10:41