"Adahi" proqramı çərçivəsində Azərbaycan üçün göndərilən qurban ətlərinin paylanmasını həyata keçirilib

Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı səfirliyi "Adahi" proqramı çərçivəsində Azərbaycan üçün göndərilən qurban ətlərinin paylanmasını həyata keçirilib.
Tədbirin əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi arasında təhvil-təslim aktı bağlanıb.
Qurban ətinin ümumi çəkisi 46.5 ton təşkil edir və 7 min ailəni əhatə edəcək.

Tədbirin keçirildiyi Sabunçu rayonu Kürdəxanı Yeni Yaşayış Kompleksində ət paylanması mərasimində jurnalistlərə açıqlama verən Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli deyib ki, 5 min heyvan cəmdəyindən ibarət qurban əti Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə paylanılır: “Bu tədbirdə iştirak etməkdən və Azərbaycana ayrılmış qurban ətinin sizin iştirakınızla paylanılmasından çox məmnunam. Nazirlik ehtiyacı olan şəxslərə birbaşa qayğı göstərən qurumlardandır və müvafiq məlumat bazasına malikdir. Buna görə də paylanma məsələsi nazirliyə həvalə olunub və hər il onun uyğun bildiyi qaydada həyata keçirilir".

Səfir əlavə edib ki, Səudiyyə Ərəbistanının bu hədiyyəsi iki ölkənin cəmiyyətləri arasında əlaqələrin və İslam qardaşlığının göstəricisidir.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının kralı və vəliəhdi dünyanın müxtəlif ölkələrində müsəlmanların ehtiyaclarının qarşılanmasına xüsusi diqqət ayırırlar.

Diplomat mərasimin keçirildiyi ünvanın nazirlik tərəfindən seçildiyini, burada qurban ətinin şəhid ailələrinə, veteranlara və onların ailə üzvlərinə paylanıldığını bildirib. O, tədbirin təşkilinə və paylanmaya göstərilən dəstəyə görə nazirliyə təşəkkür edib.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 11:46


























