mobil versiya

"Adahi" proqramı çərçivəsində Azərbaycan üçün göndərilən qurban ətlərinin paylanması həyata keçirilib




Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəkiı səfirliyi hər il olduğu kimi "Adahi" proqramı («Qurban Əti İstifadəsi» layihəsi) çərçivəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı və iştirakı ilə qardaş Azərbaycan üçün göndərilən beş min ədəd qurban ətindən ibarət sovqatın paylanmasını həyata keçirib.

Paylanma mərasimində Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli, Krallıqdan gələn nümayəndələr və Sosial Xidmətlər Agentliyinin əməkdaşları iştirak edib.


Göndərilən hədiyyə Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisində yaşayan şəhid ailələrinə, müharibə əlillərinə, eyni zamanda, həssas qrupdan olan ailələrə paylanması nəzərdə tutulub və ümumilikdə 9 minə yaxın şəxsi əhatə edəcək.



Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 13:23