“Qalatasaray” rus futbolçunun qiymətini artıracaq
“Qalatasaray”ın yarımmüdafiəçisi Aleksey Batrakovun uğurlu çıxışı klub rəhbərliyini onun müqaviləsindəki sərbəstqalma məbləğini artırmaq barədə düşünməyə vadar edib.
Türkiyə təmsilçisi perspektivli futbolçusunu itirmək istəmir. Hazırkı müqaviləyə əsasən, onun sərbəstqalma məbləği 55 milyon avro təşkil edir. Ancaq İstanbul klubu bu rəqəmi artıq kifayət qədər yüksək hesab etmir.
Xarici KİV xəbər verir ki, tərəflər məsələ ilə bağlı əlavə danışıqlar aparmaq barədə razılığa gəliblər.
Rusiyalı futbolçu ötən gün UEFA Çempionlar Liqasında dubl edərək, komandasının “Ştutqart” üzərində 2:0 hesablı qələbəsində əsas rol oynayıb.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 11:52



























