mobil versiya

Mərakeşin milli aviadaşıyıcısı RAM, uçuş zamanı "Starlink" Wi-Fi xidmətini təklif edən ilk Afrika aviaşirkəti olur





Mərakeşin milli aviadaşıyıcısı "Royal Air Maroc" (RAM) 41 təyyarəsini yüksək sürətli "Starlink" bağlantı sistemi ilə təchiz edəcək.

"Safar Flyer" proqramının bütün üzvləri üçün pulsuz olacaq bu xidmət, sərnişin təcrübəsinin təkmilləşdirilməsində mühüm addımdır. Bununla da milli aviadaşıyıcı, dünyanın ən qabaqcıl peyk şəbəkəsi vasitəsilə təmin edilən ultra sürətli və fasiləsiz internet bağlantısını Afrika qitəsində təklif edən ilk şirkətə çevrilir.

Aviaşirkətin mətbuat açıqlamasına görə, sistemin tətbiqinə 2027-ci ilin əvvəlində başlanılacaq və əməliyyatların davamlılığını təmin etmək məqsədilə tədricən bütün donanmanı əhatə edəcək.
Mənbə əlavə edir ki, sistem quraşdırıldıqdan sonra "Royal Air Maroc" sərnişinləri ultra yüksək sürətli internetdən yararlana biləcəklər. Bu, onlara uçuş müddətində kontent izləməyə, ünsiyyət qurmağa, real vaxt rejimində işləməyə və daim əlaqədə qalmağa imkan verəcək.
"Royal Air Maroc"un İdarə Heyətinin sədri və baş direktoru Həmid Addou bildirir: "Bu hədəf donanmanın yenilənməsi, salonların dizaynının dəyişdirilməsi, həmçinin həm yerdə, həm də təyyarə göyərtəsində müştəri təcrübəsinin tamamilə müasirləşdirilməsini nəzərdə tutan çoxillik planın bir hissəsidir".


Reportyor.az 


KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 10:12