“Çelsi” onun üçün 93 milyon avro ödəməyə hazırdır

İngiltərə millisinin və “Kristal Pelas”ın yarımmüdafiəçisi Adam Uorton “Çelsi”nin qış transfer dönəmində əsas hədəflərindən biridir.
Xarici KİV xəbər verir ki, London klubu 22 yaşlı futbolçunun transferi üçün 80 milyon funt-sterlinq (təxminən 93 milyon avro) ödəməyə hazırdır. “Çelsi” Uortonu yayda da heyətinə qatmaq istəyib, ancaq tərəflər razılığa gələ bilməyib.
İngiltərəli futbolçu 2024-cü ildən “Kristal Pelas”da çıxış edir. Yarımmüdafiəçinin müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonuna qədərdir. Onun bazar dəyəri 70 milyon avro qiymətləndirilir.
Uorton İngiltərə çempionatının cari mövsümündə 4 oyunda meydana çıxıb. (Komanda.az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 14:31


























