mobil versiya

Çelsi” 35 milyon avroya aldığı hücumçudan qurtulmaq istəyir



“Çelsi”nin hücumçusu Liam Delap karyerasını “Everton”da davam etdirə bilər.

“Teamtalk” xəbər verir ki, 23 yaşlı futbolçunun transferi uğrunda mübarizədə hazırda “Everton” əsas favorit hesab olunur. “Nyukasl” və “Lids” də hücumçunun keçidi ilə bağlı danışıqları yenidən aktivləşdirib. “Brayton” və “Fulhem” isə vəziyyəti yaxından izləməyə davam edir.
Mənbənin bildirdiyinə görə, “Çelsi” Delapı satmağa hazırdır və alıcını mümkün qədər tez tapmaq niyyətindədir.

“Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, ingiltərəli futbolçunun bazar dəyəri 28 milyon avrodur. Onun London təmsilçisi ilə müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir.
“Çelsi” Delapı ötən yay “İpsviç”dən 35 milyon avrodan çox məbləğ qarşılığında transfer etmişdi. (Komanda.az)


Reportyor.az 




KARUSEL / İDMAN
Tarix: Bu gün, 10:42