Premyer Liqa tarixinin ən uğursuz transferləri açıqlanıb
ESPN xəbər verir ki, siyahının zirvəsində “Çelsi”yə keçidi ilə böyük səs-küy yaradan Mixail Mudrik qərarlaşıb.
Ukraynalı vingerin transferi londonlulara 70 milyon avroya başa gəlib. Ancaq gözləntiləri doğrultmayan 25 yaşlı futbolçu ESPN-in qiymətləndirməsinə görə Premyer Liqa tarixinin ən uğursuz keçidi hesab olunub. Mudrik 2023-cü ilin yanvarında “Çelsi”yə qoşulub və onun klubla müqaviləsinin müddəti 2031-ci ilin iyununun sonuna qədərdir.
Siyahının ikinci pilləsində “Mançester Yunayted”in heyətinə cəlb etdiyi Antoni yer alıb. Braziliyalı vinger üçün “qırmızı şeytanlar” 95 milyon avro ödəyiblər. Ancaq o, sərgilədiyi oyunla bu məbləği doğrulda bilməyib.
İlk üçlüyü isə Nikolas Pepe tamamlayıb. “Arsenal” bu transfer üçün təxminən 80 milyon avro xərcləsə də, futbolçu gözlənilən səviyyəni nümayiş etdirə bilməyib.
Beləliklə, ESPN-in hazırladığı siyahı Premyer Liqa tarixində ən çox müzakirə olunan və gözləntiləri qarşılamayan bahalı transferləri bir daha gündəmə gətirib. (Komanda.az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: 12-02-2026, 12:06




























