mobil versiya

İngiltərə klubu Bastoni üçün 70 milyon avro ödəməyə hazırdır






“İnter”in müdafiəçisi Alessandro Bastoni karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

FcInterNews.it” xəbər verir ki, 26 yaşlı futbolçu ilə “Çelsi” yaxından maraqlanır.

Söhbət qış transfer pəncərəsindən deyil, yayda baş tuta biləcək keçiddən gedir. “Çelsi” rəhbərliyi Bastoninin transferi üçün “İnter”ə 70 milyon avro ödəməyə hazırdır. Londonlular hesab edir ki, Milan təmsilçisinin aparıcı oyunçusu Premyer Liqaya keçməyə müsbət yanaşa bilər.
Bastoni cari mövsümdə bütün turnirlərdə 22 oyunda iştirak edib, 1 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun “İnter”lə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayına qədər qüvvədədir.
“Çelsi” UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2. (Komanda.az)


Reportyor.az 




KARUSEL / İDMAN
Tarix: 7-01-2026, 12:43