MY türk futbolçu üçün 90 milyon avro ödəməyə hazırdır

“Yuventus”un hücumçusu Kənan Yıldız Avropanın aparıcı klublarının diqqət mərkəzindədir.
“CaughtOffside” xəbər verir ki, “Mançester Yunayted” 20 yaşlı futbolçunun transferi üçün təxminən 90 milyon avro ödəməyə hazırdır. Bununla belə, “Çelsi” də onu heyətinə qatmaq niyyətindədir. Əvvəllər “Arsenal”ın da türkiyəli oyunçu ilə danışıqlara başladığı bildirilmişdi.
“Yuventus” özü də onunla yeni müqavilə imzalamaq istəyir və onun komandada qalmasını prioritet sayır.
Kənan Yıldız cari mövsümdə A Seriyası və UEFA Çempionlar Liqasında ümumilikdə 8 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun Turin klubu ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir. (komanda.az)
KARUSEL / İDMAN
Tarix: Dünən, 16:04