mobil versiya

“Çelsi” 60 milyon avroya hücumçu alıb



"Brayton”un hücumçusu Joao Pedro karyerasını “Çelsi”də davam etdirəcək.

Reportyor.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu London klubu ilə müddəti 2032-ci ilə qədər olan müqavilə imzalayıb.

Daha əvvəl mediada yayılan xəbərlərə əsasən, Joao Pedronun transferi “Çelsi”yə təxminən 60 milyon avroya başa gəlib.
23 yaşlı forvard 2024/25 mövsümündə bütün turnirlərdə ümumilikdə 30 oyunda meydana çıxaraq, 10 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Brayton”la müqaviləsinin müddəti 2028-ci ilə qədər idi.



KARUSEL / İDMAN
Tarix: 2-07-2025, 11:49