mobil versiya

“Çelsi”nin hücumçusu “Bayern”lə danışıqlar aparır




“Çelsi”nin baş məşqçisi Enzo Mareska Kristofer Nkunkunun gələcəyi ilə bağlı sualı cavablandırıb.

Xarici KİV xəbər verir ku, italiyalı çalışdırıcı, Nkunkunun ona klubdan ayrılmaq istədiyini demədiyini bildirib:
“Nkunku mənə ayrılmaq istədiyini demədi. Biz onun gələcəyi ilə bağlı məlumat verməmişik”.
Nkunku hələ də London klubunu tərk edə bilər. O, “Bayern”lə danışıqlar aparır və “Çelsi”nin həqiqətən də görmək istədiyi Münhen klubunun hücumçusu Mateys Tilin əks istiqamətə gedəcəyi gözlənilir.
Nkunku bu mövsüm “Çelsi”nin heyətində bütün turnirlərdə 28 oyuna çıxıb, 13 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun londonlularla müqaviləsi 2029-cu il iyunun 30-na kimidir.

KARUSEL / İDMAN
Tarix: Dünən, 11:31