“Barselona” Arauxoya qiymət qoyub

“Barselona” uruqvaylı müdafiəçi Ronald Arauxo ilə yaxın gələcəkdə yollarını ayırmağı planlaşdırır.
Bu barədə “Fichajes” nəşri məlumat yayıb.
Kataloniyalılar 26 yaşlı futbolçuya qiymət də müəyyənləşdiriblər. Klub onun transferindən 40 milyon avro qazanmaq istəyir.
Arauxo ilə “Yuventus”, “Liverpul”, “Çelsi” və “Tottenhem” kimi klubların maraqlandığı bildirilir. O, cari mövsümdə La Liqada 7 oyuna çıxıb və 1 qol vurub. Onun “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir.
“Liverpul” və “Çelsi” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqibləridir. (komanda.az)
KARUSEL / İDMAN
Tarix: 6-10-2025, 12:40



























