mobil versiya

"Barselona"nın sabiq futbolçusu klubsuz qalıb



Barselona"nın sabiq hücumçusu Boyan Krkiç Yaponiyanın "Vissel Kobe" klubundan ayrılıb. 
32 yaşlı ispan futbolçunun klubla müqaviləsinin müddəti bitib.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Yaponlar onunla müqaviləkıni yenilənmək istəməyiblər. Bu üzdən də hazırda o, azad agentdir.
Krkiç "Barselona", "Roma", "Milan", "Ayaks", "Stok Siti" və digər klublarda da çıxış edib. O, "Barselona"nın əsas komandasında 104 oyun keçirib və 26 qol vurub.

KARUSEL / İDMAN
Tarix: 28-12-2022, 14:13