“Şaxtyor” Ukrayna Futbol Assosiasiyasını məhkəməyə verməyə hazırlaşır

“Şaxtyor” “Çelsi”nin yarımmüdafiəçisi Mixail Mudrikin dopinq qalmaqalı ilə bağlı Ukrayna Futbol Assosiasiyasını məhkəməyə verməyə hazırlaşır.
Ukraynalı futbolçunun millinin düşərgəsində olduğu müddətdə qadağan olunmuş maddələr qəbul etdiyi təsdiqlənərsə, iddia qaldırılacaq.
Mudrik 2024-cü ilin dekabrından “Çelsi” ilə oyunlardan kənarlaşdırılıb. Onun orqanizmində Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən qadağan olunmuş “mildronat” (mildonium) preparatı aşkarlanıb.
24 yaşlı futbolçu 2023-cü ilin yanvarından “Çelsi”də çıxış edir. O, bu müddət ərzində komandanın heyətində 73 oyuna çıxıb, 10 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Mudrik daha əvvəl “Şaxtyor”un da formasını geyinib.
“Çelsi” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir. (komanda.az)
KARUSEL / İDMAN
Tarix: Bu gün, 17:46