mobil versiya

Dəyəri 50 milyon avro olan hücumçu “Arsenal”ı maraqlanırır


“Arsenal” “Portu”nun hücumçusu Samuel Omorodionla maraqlanır.

Reportyor.az “CaughtOffside”-a istinadən xəbər verir ki, keçən yay “Atletiko”da çıxış edən ispaniyalı futbolçunun “Çelsi”yə transferi son anda uğursuz olub. Daha sonra “Portu” ilə müqavilə imzalayan oyunçu ilə indi “Arsenal” maraqlanır.

“Topçular” 20 yaşlı futbolçu uğrunda mübarizədə “Aston Villa” ilə mübarizə aparacaq. O, bu mövsüm “əjdahalar”ın heyətində 31 matçda 19 qol vurub və 3 məhsuldar ötürmə edib.
Omorodionun dəyəri 50 milyon avro qiymətləndirilir. O, noyabrda İspaniya millisinin heyətində Millətlər Liqasında İsveçrə yığması ilə matçda debüt edib.


KARUSEL / İDMAN
Tarix: Bu gün, 15:03