mobil versiya

Serxio Ramosun MLS-də keçə biləcəyi klubun adı məlum olub



İspaniya millisinin və “Real”ın sabiq müdafiəçisi Serxio Ramos Avropanı tərk bilər.


“Todofichajes” xəbər verir ki, 38 yaşlı futbolçunun karyerasını MLS-də davam etdirmək imkanı var.
“San Dieqo” ispaniyalı müdafiəçini transfer etməkdə maraqlıdır. O, bu ilin sonunda Amerika klubunun sıralarına qoşula bilər. Ramos 40 yaşına qədər oynamaq və iki illik müqavilə imzalamaq istəyir.
Ramos ötən mövsüm “Sevilya”nın heyətində İspaniya çempionatında çıxış edib. O, La Liqada iştirak etdiyi 28 matçda 3 qol vurub.

KARUSEL / İDMAN
Tarix: 16-09-2024, 09:00