mobil versiya

Boliviya millisinin sabiq futbolçusu oyun zamanı qətlə yetirilib



Boliviya millisinin sabiq müdafiəçisi Serxio Xauregi Meksikada həvəskar futbol matçı zamanı güllələnərək qətlə yetirilib.
38 yaşlı veteran futbolçu su içmək üçün yan xəttə yaxınlaşıb. Bu vaxt naməlum şəxs onun yanına qaçaraq odlu silahdan 6 dəfə atəş açıb.
Axtarışları davam edən cinayətkarı hələlik tapmaq mümkün olmayıb.
Qeyd edək ki, Serxio Xauregi peşəkar karyerasını 2012-ci ildə başa vurub. Veteran futbolçu 2004-2005-ci illərdə Boliviya millisinin heyətində 13 oyun keçirib. Bunlardan doqquzu dünya çempionatının seçmə mərhələsinə təsadüf edib.

KARUSEL / İDMAN
Tarix: 2-02-2024, 13:09