Futbol üzrə Fransa millisinin yeni kapitanı müəyyənləşib.
Baş məşqçi Didye Deşam sarğını 25 yaşlı futbolçu Kilian Mbappeyə həvalə edib.
Qapıçı Uqo Lyoris yığma karyerasını başa vurduğundan, bundan sonra komandanı oyunlara kapitan kimi Mbappe çıxaracaq. Digər hücumçu Antuan Qrizmann isə vitse-kapitan seçilib.
Qeyd edək ki, Kilian Mbappe Fransa millisinin heyətində keçirdiyi 66 oyunda 36 qol vurub, 23 məhsuldar ötürmə verib.(Report)