Rafael Varan Fransa millisindəki karyerasını başa vurub
İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Rafael Varan Fransa millisindəki karyerasını başa vurub.
Bu barədə 29 yaşlı müdafiəçi özünün instaqram hesabında məlumat verib.
O, artıq yeni nəsil futbolçulara şans verməyin vaxtının çatdığını bildirib. Oyunçu bir neçə ay düşündükdən sonra bu qərarı verdiyini vurğulayıb.
Futbolçu Fransa millisində debütünü 2013-cü il martın 22-də dünya çempionatının seçmə mərhələsində Gürcüstanla matçda (3:1) edib. O, yığmada 93 oyuna çıxıb.
KARUSEL / İDMAN
Tarix: 3-02-2023, 10:22