İngiltərəli məşqçi Stiv Bryus karyerasını başa vurub
İngiltərəli məşqçi Stiv Bryus karyerasını başa vurub.
Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Altmış iki yaşlı mütəxəssisin sonuncu klubu “Vest Bromviç” olub. O, ötən il bu klubdan ayrılandan bəri işsiz idi.
Mütəxəssis məşqçilik karyerası dönəmində ancaq İngiltərədə çalışıb. O, müxtəlif vaxtlarda "Nyukasl", “Aston Villa”, “Kristal Pelas”, “Sanderlend”, “Hall Siti”, “Uiqan”, “Birmingem Siti” və “Şeffild Uensdey”, “Şeffild Yunayted” və “Haddersfild” kimi futbol klublarında baş məşqçi olub.
KARUSEL / İDMAN
Tarix: 10-01-2023, 16:58