mobil versiya

Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu yubileyi münasibətilə təbrik edib



Birinci vitse-prezident Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu yubileyi münasibətilə təbrik edib.

Birinci vitse-prezident sosial media hesabında bununla bağlı paylaşım edib. Paylaşımda deyilir:
“Bu gün Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun 80 yaşı tamam olur.
Hörmətli Fərhad müəllim!
Sizi 80 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram! Çoxillik əməyinizə, incəsənətə sədaqətlə xidmətinizə, ənənələrlə zəngin olan Azərbaycan təsviri sənətinin inkişafına verdiyiniz böyük töhfələrə görə çox sağ olun! Uca Allah Sizi və doğmalarınızı qorusun!
Dərin hörmət və sevgilərlə,
MEHRİBAN”.


Reportyor.az 


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 13:15