Bəlxi: 2022-ci ildən bəri Pakistanın hücumları nəticəsində 1119 əfqan mülki şəxs həlak olub

Əfqanıstan Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Qəhhar Bəlxi bildirib ki, 2022-ci ilin əvvəlindən bəri Pakistanın Əfqanıstana qarşı həyata keçirdiyi hərbi hücumlar nəticəsində 1119 əfqan mülki şəxs həlak olub və ya xəsarət alıb.
CNN-ə müsahibəsində Bəlxi qeyd edib ki, zərərçəkənlərin əksəriyyətini qadınlar və uşaqlar təşkil edir.
O, həmçinin Pakistan ordusunun Kabuldakı "Ümid" (Omid) Narkomaniya Müalicə Mərkəzinə endirdiyi zərbəyə toxunaraq, hücum nəticəsində yüzlərlə insanın həlak olduğunu iddia edib.
Bəlxi CNN-ə açıqlamasında bildirib: "Pakistan əsassız ittihamlar irəli sürmək əvəzinə, təhlükəsizlik problemlərini öz xalqı ilə məsuliyyətli dialoq və Əfqanıstanla səmimi diplomatiya yolu ilə həll etməlidir".
Onun bu açıqlamaları, təhlükəsizlik məsələləri ilə bağlı Kabul və İslamabad arasında gərginliyin davam etdiyi bir vaxtda səslənib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 10:41


























