mobil versiya

Əfqanıstan Kunar və Paktikada Pakistanın hava zərbələrindən sonra "müvafiq cavab" verəcəyini vəd edir





Əfqanıstan İslam Əmirliyinin (ƏİƏ) sözçüsü Zəbihullah Mücahid bildirib ki, qurum şərqdəki Kunar və Paktika əyalətlərində Pakistanın həyata keçirdiyi son hava zərbələrinə "müvafiq cavab" verəcək.

Mücahid yaydığı bəyanatda qeyd edib ki, Kunardakı hava zərbələri nəticəsində üç mülki şəxs – bir qadın və iki kişi – həlak olub, daha dörd nəfər – iki qadın və iki kişi – isə yaralanıb. O, zərərçəkənlərin hamısının yerli sakinlər olduğunu bildirib.

Mücahid həmçinin əlavə edib ki, Paktikada yaşayış evi və yerli mağaza vurulub. O, Paktikadakı insident zamanı insan tələfatı qeydə alınmadığını söyləyib.

İslam Əmirliyinin sözçüsü hava zərbələrini pisləyərək, onları Əfqanıstanın mülki əhalisinə qarşı törədilən "cinayətlərin" davamı kimi qiymətləndirib.

Mücahid daha sonra iddia edib ki, Pakistanın hərbi dairələri bu hücumları Pakistan daxilindəki təhlükəsizlik problemlərindən ictimaiyyətin diqqətini yayındırmaq məqsədilə həyata keçirib.

Reportyor.az 




KARUSEL / DÜNYA
Tarix: Bu gün, 13:43