mobil versiya

İslam Əmirliyinin sözçüsü əsl adını açıqlayıb





Əfqanıstan İslam Əmirliyinin sözçüsü Zəbihullah Mücahid BBC-yə verdiyi müsahibədə ilk dəfə olaraq əsl adının Tahir Şah Sediqi olduğunu açıqlayıb.

Lakin o, nə üçün Zəbihullah Mücahid adını daşıdığını ətraflı izah etdi, nə də təfərrüatları deməyib.

Qadın hüquqları ilə bağlı suala cavab olaraq Mücahid dedi: “Biz qadın hüquqlarına, ifadə azadlığına və şəriət çərçivəsində digər məsələlərə sadiqik. Hər şeyə şəriət prizmasından baxılmalıdır”.

Dövlət idarələrində çalışan qadınlara gəldikdə isə, o, bəzi idarələrdə onların iştirakının “qanunsuzluğa” səbəb ola biləcəyini və “onların ləyaqətinin şübhə altına alına biləcəyini” söyləyib.

Mücahid həmçinin qadınların təhsili məsələsinin hələ də müzakirə mövzusu olduğunu və İslam Əmirliyinin məsələyə “şəriətə əsaslanan həll yolu”na ehtiyacı olduğunu deyib. (AzPolitika.info)


Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 14:00