"Pakistanın Əfqanıstanda hava hücumları nəticəsində 46 nəfər ölüb" - Taliban
Pakistanın Əfqanıstanın şərq sərhəd əyalətinə endirdiyi hava zərbələri nəticəsində 46 nəfər ölüb.
Reportyor.az xəbər verir ki, bu barədə Taliban hökumətinin sözçüsü Zabihullah Mücahid AFP-yə bildirib.
“Ötən gecə (çərşənbə axşamı) Pakistan Paktika əyalətinin Barmal rayonunda dörd nöqtəni bombalayıb. Ölənlərin ümumi sayı 46-dır, onların əksəriyyəti uşaq və qadınlardır. Daha 6 nəfər yaralanıb, əksəriyyəti uşaqlardır".
Müdafiə Nazirliyinin çərşənbə axşamı axşam yaydığı bəyanatda Pakistanın Əfqanıstan ərazisinə endirdiyi son zərbələr pislənərək, onları "barbarlıq" və "aydın təcavüz" adlandırıb.
“İslam Əmirliyi bu qorxaq hərəkəti cavabsız qoymayacaq, əksinə, ərazisinin və suverenliyinin müdafiəsini özünün ayrılmaz hüququ hesab edir”, – bəyanatda deyilir.
Taliban hökuməti 2021-ci ildə hakimiyyəti ələ keçirdikdən sonra iki ölkə arasında sərhəd gərginliyi artıb, İslamabad silahlı qrupların Əfqanıstandan müntəzəm hücumlar təşkil etdiyini iddia edir.
İslamabad Kabilin Taliban hökumətini yaraqlı döyüşçülərə sığınacaq verməkdə günahlandırıb və onlara cəzasız olaraq Pakistan torpaqlarına zərbələr endirməyə icazə verib.
Kabil bu ittihamları rədd edib.
KARUSEL / DÜNYA
Tarix: Dünən, 12:41