Pakistandakı terror aktı zamanı 23 polis həlak olub
Pakistanın şimal-qərbindəki Xeybər-Pahtunhva əyalətində törədilən partlayış nəticəsində təhlükəsizlik qüvvələrinin azı 23 əməkdaşı həlak olub.
Dawn xəbər verir ki, partlayış terrorçu-kamikadze tərəfindən polis bölməsində törədilib.
Hücumun məsuliyyətini “Təhrik-i-Taliban Pakistan” qruplaşması üzərinə götürüb.
“Təhrik-i-Taliban Pakistan” qruplaşması, Əfqanıstanla sərhəddə yerləşən Xeybər-Pahtunhva əyalətinin Şimali Vəziristan bölgəsində “kölgə hökumətini” qurub. Əfqanıstan hökuməti “Taliban” hərəkatı ilə birgə ABŞ işğalına qarşı mübarizə apardıqları üçün qruplaşmanın öz ərazisindəki dəstəkçilərinə qarşı loyal davranır.
Pakistan Daxili İşlər Nazirliyinin məlumatına görə, 2021-ci ilin avqust ayında “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra Pakistanda terror aktlarının sayı 60 faiz artıb.
KARUSEL / DÜNYA

Tarix: 12-12-2023, 13:07