mobil versiya

Berlian Helmi Yaponiyanın yeni səfirini qəbul edib



İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi səfirlikdə Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri Furuya Tokuronu qəbul edib.

Bu barədə İndoneziya səfirliyi sosial media hesabında paylaşım edib. 

Azərbaycandakı fəaliyyətinə yeni başlayan səfir Furuya Tokuronu təbrik edən səfir Berlian Helmi ona fəaliyyətində uğurlar arzulayıb. 


Daha sonra tərəflər Azərbaycanla ikitərəfli münasibətlərin inkişafı və Asiyanın bu iki ölkəsinin diplomatik missiyaları arasında əməkdaşlıq imkanlarını müzakirə edib.


Reportyor.az 



KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 16:40