mobil versiya

Növbəti ildə “Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün bir milyon manat ayrılıb




Prezident İlham Əliyev “2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı
tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycanın 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 1 000 000 (bir milyon) manat ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamda nəzərdə tutulan maliyyələşməni təmin etməlidir. Müsabiqənin Təşkilat Komitəsi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.


Reportyor.az 



KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 15:28