mobil versiya

Ümumilikdə 1459,5 hektar ərazi mina və PHS-dən təmizlənib



Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumların oktyabrın 2-15-də icra etdiyi əməliyyatlara dair məlumat yayıb.

ANAMA-dan bildirilib ki, hesabat dövründə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonları ərazisində əməliyyatlar aparılıb.

Nəticədə 152 piyadaəleyhinə, 33 tankəleyhinə mina və 1343 partlamamış hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 1459,5 hektar ərazi mina və PHS-dən təmizlənib.


Reportyor.az 


KARUSEL / ÖLKƏ
Tarix: Bu gün, 11:49