mobil versiya

1455,4 hektar ərazi ötən həftə mina və partlamamış hərbi sursatlardan təmizlənib



Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən aprelin 13-19-da icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

Ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 62, tankəleyhinə 17 mina və 460 digər partlayıcı sursat aşkarlanaraq zərərsizləşdirilib.

1455,4 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


Reportyor.az 



KARUSEL / ÖLKƏ
Tarix: Bu gün, 14:41