mobil versiya

Cey Şah Beynəlxalq Kriket Şurasının sədri vəzifəsinə ikinci müddətə seçilib





Beynəlxalq Kriket Şurasının (International Cricket Council- ICC) bazar ertəsi verdiyi məlumata görə, Cey Şah Balidə keçirilən idarəetmə orqanının iclasında Beynəlxalq Kriket Şurasının sədri vəzifəsinə ikinci müddətə rəqibsiz olaraq seçilib.

Hindistan Kriket Şurasının keçmiş katibi olan Şah, 2024-cü ildə, 35 yaşında bu vəzifəyə ilk dəfə seçilərkən ICC-nin ən gənc sədri olub.

İki illik ikinci səlahiyyət müddətində o, kriketin 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarına qaytarılması prosesinə rəhbərlik edəcək.

O bildirib: "Kriketin Olimpiya Oyunlarına qayıtması bu idman növünü yeni auditoriyalara təqdim etmək, həmçinin yeni nəsil oyunçuları və azarkeşləri ruhlandırmaq üçün misilsiz bir fürsət yaradır".

Şah Hindistanın daxili işlər naziri Amit Şahın oğludur.


Reportyor.az 



KARUSEL / İDMAN
Tarix: Bu gün, 11:38