Avstraliya və Filippin Dəniz Təhlükəsizliyini Gücləndirmək üçün Müdafiə Əməkdaşlıq Sazişi İmzalayıb

Avstraliya və Filippin iki ölkə arasında hərbi əlaqələri gücləndirmək və dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirmək məqsədi daşıyan müdafiə əməkdaşlığı sazişi imzalayıb.
Avstraliyanın Baş naziri Entoni Albanese, Avstraliyanın HMAS Stalwart hərbi gəmisinə səfəri zamanı Filippinin paytaxtı Manilada imzalanma mərasiminə şahidlik edib.
Albanese verdiyi açıqlamada bildirib ki, saziş informasiya mübadiləsi, dəniz sahəsi haqqında məlumatlılıq, hərbi təlim və planlaşdırma, birgə koordinasiya və imkanlar, eləcə də müdafiə infrastrukturunun inkişafı sahəsində əməkdaşlığın gücləndirilməsi üçün çərçivə yaradır.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 11:40


























