İraq və Fransa hərbi əməkdaşlığı genişləndirmək üçün birgə dəniz təlimi keçirib

İraqın Ümmü Qəsr Hərbi Dəniz Baza Komandanlığı iki ölkə arasında hərbi əməkdaşlığın artırılması və dəniz təcrübələrinin mübadiləsi çərçivəsində İraqın ərazi sularında Fransa Hərbi Dəniz Qüvvələri ilə birgə dəniz təlimi keçirib.
Reportyor.az xəbər verir ki, İraq Hərbi Dəniz Qüvvələri mətbuata açıqlamasında bildirib ki, təlimdə Fransanın "SEINE" gəmisi ilə birlikdə İraqın P-310 patrul gəmisi iştirak edib.
Təlimdə əsas diqqət əməliyyat bacarıqlarının inkişaf etdirilməsi və dəniz missiyalarının həyata keçirilməsində iki tərəf arasında koordinasiya səviyyəsinin yüksəldilməsi olub.
Fransa gəmisinin komandiri hər iki ölkənin dəniz qüvvələri arasında birgə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Fransanın İraqdakı səfirliyinin hərbi attaşesi Erik Qomez iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi çərçivəsində Fransaya məxsus hərbi gəminin Umm Qəsr dəniz bazasına gəldiyini daha əvvəl elan etmişdi.
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 12:51