Bhutto-Zardari JUI-F-ə qarşı siyasi təzyiq iddialarını pisləyib

Pakistan Xalq Partiyasının (PPP) sədri Bilaval Bhutto-Zardari "Cəmiyyət Üləma-e-İslam-Fəzl" (JUI-F) partiyasına qarşı həyata keçirildiyi iddia edilən siyasi təzyiqləri pisləyib. O, hökuməti müxalifətin səsinə hörmətlə yanaşmağa və demokratik təsisatları qorumağa çağırıb.
Yerli mətbuatın yazdığına görə, PPP-nin mətbuat açıqlamasına əsasən, JUI-F lideri Mövlana Fəzlur Rəhmanla telefon söhbəti zamanı o, ölkədəki siyasi vəziyyəti müzakirə edib və demokratiya, eləcə də parlament idarəetməsi üçün məsuliyyətli müxalifətin vacib olduğunu vurğulayıb.
Bu bəyanatlar JUI-F liderlərinə qarşı təzyiqlərin artdığı bir vaxtda səslənib. Belə ki, noyabrın 7-də senator Kamran Murtazanın ofislərində və yaşayış evində axtarış aparıldığı bildirilir. Pakistan Vəkillər Şurasının (Pakistan Bar Council) üzvləri bu hadisəni pisləyiblər.
Siyasi gərginlik, Fəzlur Rəhmanın hökumətin Xeybər-Paxtunxva əyalətində fövqəladə vəziyyət və qubernator idarəetməsi tətbiq etməsini tənqid etməsindən sonra daha da artıb. O, terrorizmin əyalət hökumətini vəzifədən uzaqlaşdırmaq üçün bəhanə kimi istifadə edildiyini iddia edib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 15:04


























