"Terroru planlaşdıranların məhv edilməsi lazımdır" -Bilaval Bhutto Zardari
Ötən gün Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində İslam Alimləri Assambleyası partiyasının (Jamiat Ulema-e-Islam-Fazl - JUI-F) konqresində kamikadzenin törətdiyi partlayış nəticəsində həlak olanların sayı 44 nəfərə çatıb.
"Geo News" xəbər verir ki, baş vermiş terror zamanı 200 nəfər yaralanıb. Partlayışda öldürülən tanınmış JUI-F liderlərindən biri yerli sədr Maulana Ziaullahdır.
Baş nazir Şahbaz Şərif hadisənin araşdırılması və günahkar şəxslərin tapılması üçün göstəriş verib. IG Sərhəd Korpusu (FC) general-mayor Noor Vəli Xan vəziyyəti izləmək üçün Bajaur şəhərinə gəlib.
Camaat-e-İslami lideri Ameer Siracul Haq da partlayışın ölkədə xaosu yaymaq məqsədi daşıdığını bildirib. O, həmçinin bildirib ki, terrorçu ünsürlər və onların vasitəçiləri öz çirkin ambisiyalarında uğur qazana bilməyəcəklər.
Pakistan Xalq Partiyasının (PPP) sədri Bilaval Bhutto Zardari deyib ki, federal və əyalət hökumətləri terrorçulara yardım edənləri məsuliyyətə cəlb etməlidir: "Terroru planlaşdıranların məhv edilməsi lazımdır".
KARUSEL / DÜNYA
Tarix: 31-07-2023, 11:17