mobil versiya

Dmitri Kuleba sabah Pakistana səfərə gedir



Ukraynanın xarici işlər naziri Dmitri Kuleba iyulun 20-də Pakistana gedəcək.
Bunu Pakistan Xarici İşlər Nazirliyindən bildiriblər.
Iki gün davam edəcək rəsmi səfər zamanı ukraynalı nazir pakistanlı həmkarı Bilaval Bhutto-Zərdari və Baş nazir Şahbaz Şəriflə görüşəcək.
“Pakistan və Ukrayna arasında xüsusilə ticarət, investisiya, kənd təsərrüfatı və ali təhsil sahələrində sıx əməkdaşlıq var”, – XİN-in bəyanatında deyilir.

KARUSEL / DÜNYA
Tarix: 19-07-2023, 15:02