mobil versiya

Koalisiya Məkkə və Ər-Riyad bölgələrinə doğru buraxılan 2 husi pilotsuz uçuş aparatını ələ keçirib





Yəməndə legitimliyin bərpası üzrə Koalisiyanın sözçüsü general-mayor Türki əl-Maliki bildirib ki, terrorçu husi milisləri tərəfindən buraxılan iki pilotsuz uçuş aparatı Məkkə və Ər-Riyad bölgələrində ələ keçirilərək məhv edilib.

Bu barədə Səudiyyə Ərəbistanı Krallığının yerli mediası xəbər verir. 

Daha əvvəl, bazar günü Koalisiya Məkkə bölgəsində iki, Mədinə bölgəsində isə bir pilotsuz uçuş aparatını ələ keçirərək məhv etmişdi.

Reportyor.az 




KARUSEL / DÜNYA
Tarix: Dünən, 20:04