mobil versiya

Azərbaycan və İndoneziya arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub




İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi ilə görüş keçirilib.

Görüş zamanı AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyəti, sahibkarlara göstərilən dəstək tədbirləri, ixracın və investisiyaların təşviqi mexanizmləri barədə məlumat verib. Səfir Berlian Helmi Azərbaycanla İndoneziya arasında iqtisadi, ticarət və investisiya əlaqələrinin gücləndirilməsində maraqlı olduqlarını bildirib.

Görüşdə Azərbaycan və İndoneziya arasında mümkün əməkdaşlıq istiqamətləri, ixrac potensialına malik məhsullar və gələcəkdə iqtisadi forumun keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər tikinti, kənd təsərrüfatı, turizm, əczaçılıq, qida və içki sənayesi sahələrində potensial tərəfdaşlıq imkanlarını nəzərdən keçiriblər.

Reportyor.az 



KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 12:53